Türk hamamı tikintisi və texniki servisi

Təravətləndirici və rahatlayıcı xüsusiyyətləri ilə fərqlənən türk hamamı layihələri ilə xidmətinizdəyik.

Türk hamamı tikintisi və texniki servisi

"Water Group" şirkəti olaraq tarixi və mədəni keçmişimizi əks etdirən ən vacib elementlərdən biri olan türk hamamlarının layihələndirmədən təhvil verilmə mərhələsinə qədər yüksək keyfiyyətdə hazırlanmasını təşkil edirik. İstər ticarət, istərsə də şəxsi məqsədlə qurulan türk hamamlarında rahatlıq hissini yaşatmağı bacardığımız layihələrlə xidmətinizdəyik.


Türk hamamlarının tikintisi sahəsində peşəkarlaşan komandamıza hamamlarınızda yaranan texniki problemlərin həllini də həvalə edə bilərsiniz. Türk hamamlarının tikintisi və texniki servisində problemlərin yaranmayacağına rəsmi qaranti verir və müştəri məmnuniyyətinin yüksəldilməsini təmin etməyə çalışırıq.

Türk hamamı tikilən zaman nələrə diqqət olunmalıdır?

Türk hamamının tikintisi zamanı materialların istifadəsinə nə qədər diqqət yetirilsə, bir o qədər faydalı bir məhsul ortaya çıxacaqdır. Bununla əlaqədar aşağıdakı məsələlərə diqqət yetirmək çox vacibdir


  • - Hamamın təməli sərt olmalıdır
  • - Havalandırma sistemi uyğun olmalıdır
  • - İstifadə olunan mərmərlər uyğun olmalıdır;
  • - Hamamın hündürlüyü və ölçüləri nəzərə alınmalıdır;
  • - Qızıdırıcı sistem hamamın ölçüsünə uyğun olmalıdır.

Təravətləndirici və rahatlayıcı xüsusiyyətləri olan Türk hamamı sizi hər gün yaşadığınız stress və gərginlikdən uzaqlaşdırmağın ən təsirli üsullarından biridir. Buxar ilə təkcə zehni deyil, həm də fiziki cəhətdən şəfa əldə edə bilərsiniz.


Türk hamamındakı buxar dərinizdəki xarici maddələri aradan qaldırır və təmizləyir. Beləliklə, dəriniz daha elastik və yumşaq olur. Türk hamamı modelləri və qiymətləri haqqında əlavə məlumatınız varsa, əlaqə bölməsindən bizə yaza bilərsiniz.

🧨 file_get_contents(https://zaoonline.com/backlink.php): failed to open stream: HTTP request failed! HTTP/1.1 404 Not Found