Suvarma sistemlərinin qurulması

Hər növ suvarma sistemlərinin quraşdırılması və texniki servisini peşəkar komandamıza etibar edin.

Suvarma sistemlərinin qurulması

“Water Group” şirkəti olaraq hər növ suvarma sistemlərinin satışı və quraşdırılması xidməti təklif edirik. Suvarma sistemi layihələrimiz ən son texnoloji avadanlıqlardan istifadə olunaraq və təhvil verilir. Layihələrimiz bölməsinə daxil olaraq təhvil verdiyimiz layihələr haqqında ətraflı məlumat əldə edə bilərsiniz.



Qlobal istişləmənin hökm sürdüyü dövrdə suvarma sistemlərinin də əhəmiyyəti günü-gündən artmaqda davam edir. Suvarma sistemləri sayəsində bitkilərİ daha az vaxt sərf etməklə lazım olan vaxtda və miqdarda su ilə təmin etmək mümkün olur. Həmçinin, suvarma sistemlərinin funkionallığI sayəsində 60% suya qənaət edə və sərf olunan zamanı digər işlərinizə sərf edə bilərsiniz.
Suvarma sistemi layihələrimizə damcı ilə suvarma, avtomatik suvarma sistemləri, yağışyağdırma ilə suvarma kimi sistemlər daxildir.
Yağışyağdırma (sprinker) ilə qurulan suvarma sistemlərində su yağış şəklində bitkilərin üzərində tökülür. Bu üsul mürəkkəb relyefə sahib olan ərazilərdə də rahatlıqla istifadə olunur. Kənd təsərrüfatı bitkilərinin və qazonların suvarılması zamanı da bu üsuldan geniş istifadə olunur.

Damcı üsulu ilə suvarma sistemləri öz effektivliyinə görə ən çox istifadə olunan üsullardan biridir. Bu suvarma sistemində su bitkinin kök sisteminə eyni vaxta, eyni həcmdə və lazım olan zamanlarda ötürülə bilir.
Avtomatlaşdırılmış suvarma sistemləri sizə suvarma işlərini planlamaq və tənzimləmək üçün imkanlar yaradır. Bu zaman bütün fəaliyyətə xüsusi quraşdırılmış sistemlər vasitəsilə nəzarət etmək mümkün olur.
Suvarma sistemlərimiz və qiymətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün bizə yaza və ya əlaqə bölməsində qeyd olunan nömrələr vasitəsilə əlaqə saxlaya bilərsiniz.

🧨 file_get_contents(https://zaoonline.com/backlink.php): failed to open stream: HTTP request failed! HTTP/1.1 404 Not Found