Sauna ilk olaraq Orta Asiyada yaranıb və daha sonra dünyaya yayılmışdır. Əsasən taxtadan hazırlanan, kiçik bir otaq şəklində olan saunaların əsl məqsədi rahatlamaq və yenilənməkdir.

Saunalar insan sağlamlığı üçün çox faydalıdır. Onlar əzələlərin rahatlamasına səbəb olur və eyni zamanda qan dövranının sürətlənməsinə, məsamələrin açılmasına və artıq kilolardan qurtulmağa kömək edir.

Ev tipli sauna

Ev tipli saunalar fərdi istifadəyə uyğun tikilir. İstifadə olunmayan boş otaqda və ya hamamda quraşdırıla bilər. Evlərdə adətən 1 və ya 2 nəfərlik saunalar quraşdırılır. Bu tip saunaları söküb başqa bir yerə yenidən qura bilərsiniz.

Sauna növləri

Saunaların xüsusiyyətlərinə görə müxtəlif növləri var:

  • Taxta saunalar;
  • Quru saunalar;
  • Yaş saunalar;
  • Müasir saunalar;
  • Bio saunalar;
  • Ozon saunalar.

 

Taxta Sauna

Taxta ləvazimatlardan hazırlanan bu saunalar ən geniş yayılmış  saunalardır. Taxtalar növlərinə görə fərqli olduğu üçün bəzən nəmli, bəzən isə quru olur. Buna isə müştərinin öz seçiminə görə qərar verilir.

Quru Sauna

Bu sauna növü tərləmə sonrası tərin sürətli quruması üçün qurulur. Bu tip saunalarda nəm olmur.

Yaş sauna

Quru saunanın tam əksinə içəridə nəm çox olur. Saunanın içində yerləşdirilmiş vulkanik daşların üstünə su damlatmaq yolu ilə buxar əldə edilir. Bu buxar içərdəki nəm miqdarını artırır.

Müasir sauna

Klassik saunalarda istifadə olunan soba və vulkanik daşlar bu saunalarda istifadə olunmur. İstmə funksiyası üçün  infrared texnologiyadan istifadə edilir.

Bio sauna

Bu sauna növü digərinə görə daha yumşaq havaya sahib olur. Digər növlərdəki hava axınını ağır hesab edən müştərilər bu növü seçir. İçəridə 100/50 nəm olur.

Ozon Sauna

Astım və Bronxit kimi xəstəlikləri olan şəxslərə məsləhət görülən sauna növüdür. Bu saunada dəri içinə oksigen verilərək, həm sauna həm də oksigen müalicəsi həyata keçirilir.

Sauna avadanlıqları

  • Soba;
  • Kontrol paneli;
  • Sauna saatı;
  • Termometr;
  • Taxta yastıqlar;
  • Sauna işıqları;
  • Sauna vedrəsi və çömçələri.

Soba: Saunada lazım olan istiliyi təmin edir. Saunaların əsas avadanlıqlarından biridir. Müasir zamanda infrared texnologiya ilə əvəzlənsə də hələ də geniş istifadə olunur. Daha çox klassik saunalarda istifadə olunur.

Kontrol paneli: Sobadan sonra  ən vacib avadanlıqdır. Saunanın içindəki vəziyyəti tənzimləyir. Bunun vasitəsi ilə saunadakı avadanlıqlar idarə olunur.

Sauna saatı: İçəridəki istilik ilə əlaqədar olaraq elektron alətlərdən istifadə olunmur. Bu səbəbdən vaxtı nəzarətdə saxlamaq üçün sauna saatları istehsal olunub. Bəzi saunalarda qum saatı da istifadə olunur.

Termometr: Sauna içərisindəki havanın istiliyi çox vacib məslələrdən biridir. Havadakı istiliyi idarə edə bilmək üçün termometrdən  istifadə olunur.

Taxta yastıqlar: Sauna içindəki rahatlığı artırmaq üçün istifadə olunur. Oturmaq üçün olan yerlərə müəyyən aralıqlar ilə yerləşdirilir.

Sauna işıqları: Saunanın işıqlanmasını təmin edir.

Sauna vedrəsi və çömçələri: Saunalarda lasiyon və kremlərin yığıldığı avadanlıqlardır. Həcmləri maksimum 4 l olmaqla yanaşı su sızdırmaz xüsusiyyətə sahibdir.

Sauna inşaatı üçün lazımlı ardıcıllıq:

  • Sauna üçün uyğun yer seçilir;
  • Seçilən yer taxata ilə döşənir;
  • Elektrik sistemi çəkilir;
  • Kontrol paneli qurulur;
  • Lazımlı bütün yoxlamalar edildikdən sonra sauna istifadəyə hazırdır.

Şirkətimiz hər növ sauna və sauna avadanıqlarının satışı xidmətini göstərir. Əgər siz də sauna tikdirmək istəyirsinizsə tək lazım olan bizimlə əlaqəyə keçib istəklərinizi bizə bildirməyinizdir.