Qar otağı inşaatı

Texnologiyanın inkişafı bərabərində bəzi konforları da həyatımıza daxil edir. Bu səbəbdən də yayın qızmar istisində qış abu-havasına yaşamaq üçün istifadə etdiyimiz qar otaqlarının inşasında istifadə olunan avadanlıqlar müasir texnologiyanın töhvəsidir.Eyni zamanda texnologiyanın inkişafı əvvəlki dövrlərə nisbətən daha sərfəli qiymətə başa gəlir. Bu cür inkişaf günümüzdə qar otaqlarının inşasına marağı artırmışdır.

Ölkəmizdə son dövrlərdə qar otağı inşası ilə maraqlanan korporativ şirkətlər və fərdi şəxslər çoxdur.

 

Qar otağının xüsusiyyətləri.

Qar otaqlarına tələbin çox olması bəzi tikinti şirkətlərinin öz xidmətləri arasına qar otaqlarını əlavə etməsinə gətirib çıxarır.

Ancaq burada vacib olan məsələ qar otağı avadanlıqlarının beynəlxalq standartlara cavab verib-verməməsidir.  Qar otağı inşaatı üçün vacib olan xüsusiyyətlər bunlardır;

• Qar otağının qapısı keçişi olan poliuretandan olmalıdır.

• Dizayn xüsusiyyətləri tez- tez güncəllənən olmamalıdır

• Qar otağının soyutma sistemi daim sinxronizasiya  şəklində işləməlidir.

• Qar otağına keçmədən bir ön otaq olmalıdır.Bu otaq istifadəçinin sağlamlığı üçün vacibdir.

• Ön otağın olması qar otağının istilik itirməsinin qarşısını alır.

• Girişdə elektrikli isitmə sisteminin olmağı vacibdir.

• Dizayn baxımından da işıqlandırmaya xüsusi fikir vermək lazımdır.

• Qar otağının iç dizaynını mütləq peşəkarlara tapşırmaq lazımdır.

• İç dizaynı memarlıq tərzində edilməlidir.

 

Qar otağı

 Qar otağı tikintisində öz sözünü demiş şirkətimiz bir çox layihələrə imza atmışdır. Eyni zamanda qar otağında istifadə olunan bütün avadanlıqların  beynəlxalq standardlara cavab verməsi ilə rəqiblərini geridə qoyur. Şirkətimiz son dərəcə istifadəyə yararlı sağlıqlı  və uzun ömürlü məhsullar ilə müştəri mənuniyyətini hər zaman qazanır. Bu gün kefiyyətli xidmət göstərə biliriksə bu sahədə bütün texniki avadanlıqlara və güclü komandaya sahib olduğumuz üçündür.