Açıq mavi, şəffaf, ipək qədər yumşaq, toxunulmayacaq qədər isti olan- su, insanların rahatlaya bildiyi, sərinlədiyi və dostları ilə zaman keçirə biləcəyi səssiz bir yerdir. İdman etmək üçün və ürək sağlığına görə effektivdir.

Bir hovuzun xeyir siyahısı bundan ibarət deyil, lakin bir şey dəqiqdir ki,  bu yazını oxuyursunuzsa ya hovuz inşa etdirmək istəyirsiniz, yada ki, " Nə yaxşı ki, hovuz inşa etdirmişəm" - deyirsiniz.

Ən vacib nüanslardan biri inşaat müddətidir.

Haradasa ən sərfəli və ən keyfiyyətli hovuz inşa etdirmək istəyirsinizsə, o zaman inşaat ardıcıllığını başa düşmək vacib məsələyə çevrilir.

Qiymətlər hər hovuz üçün bir az fərqlidir.

Bəzi hovuzların tikintisi qısa bir müddətdə başa çatdığı halda,  bəziləri yaradıcılıq tələb etdiyi üçün çox vaxt alır. Lakin bütün hovuzların tikintisi eyni ardıcıllıqla edilir. Hansı növ hovuz inşa etdirməyinizdən asılı olmayaraq, üstündən keçməməli olduğunuz vacib qaydalar var.

Qazma işinə başlamazdan əvvəl hovuzun dizaynına qərar verməlisiniz.

Kvadrat, düzbucaqlı, oval, yoxsa sərbəst forma mı olacaq? Və yaxud siz hazır hovuzları da seçə bilərsiniz.

Hazır hovuzlarda seçə biləcəyiniz dizaynlar bu formadadır:

•Prefabrik  kiçik bir növ hovuzlar əvvəlcədən formalaşdırılıb.

• Düzbucaqlı və oval hovuzlar arasından hovuzların formasını seçə bilərsiniz.

• Ən sərfəli qiymətə hovuz axtaranlar beton və vinil hovuzları seçə bilər. Bu hovuzlar daha çox azad hiss elətdirir

• Xəyallarınızdaki bənzərsiz hovuzu inşa etdirmək istəyirsinizsə beton hovuzları seçməlisiniz.

Hovuz dizaynı vacibdir:

Əvvəlcə hovuzun dizaynın  hazırlanması üçün, yeni hovuzun həyətinizdə necə görünəcəyinə dair baxışlarınız olmalıdır.

Bu addımda  hovuzu inşa şəxs  sizə hovuzun şəklini, yerləşməsini taxtalar və ya taxta mandallardan istifadə edərək göstərir.

Siz seçiminizi etdikdən sonra ilk iş olan qazma işləri başlayır.

Qazma işi professional  qazma alətləri vasitəsi ilə sadəcə 1 həftə çəkir.

 

Hovuzun inşa müddətində istifadə olunan ləvazimatlar:

Maket, hovuzunuzun şəklini formalaşdıran şaquli və üfüqi döşənmiş nikel və inşaat dəmiridir.

Bunu bir növ qəfəs və ya plan kimi düşünə bilərsiniz.

• Dəmirlərin  bu cür düzülüşünü hovuzunuzun kobud bir planı kimi qəbul edə bilərsiniz.

• Bu cür inşaat sizə hovuzun digər təsisatlarını əlavə etmək və  sizin  hovuzunuzun dizaynı kimi digər mərhələrini  asanlaşdırır.

• Boruların döşənməsi hovuz tikintisinin vacib mərhələlərindən biridir.

Borular olmasa suyu təmiz və ilıq saxlamaq mümkün deyil.

Boru yoxdursa, su axışı yoxdur deməkdir.

 

 

Əgər siz beton hovuz seçdinizsə:

Beton hovuzun divarlarını və çuxurunu formalaşdırmaq daha çox vaxt alır. Bunun səbəbi isə ustaların betonu hovuz çərçivəsində bərabər töküb yaymasıdır.

Hovuzun xəyal etdiyiniz kimi olması üçün  bu ölçü diqqətlə və həssaslıqla edilməlidir.

Bunun üçün bir çox hovuz ustaları betonu sürətli yaymaq və işi sürətləndirmək üçün yüksək təzyiqli borulardan istifadə edirlər. Lakin beton dərhal qurumadığı üçün bir neçə gün gözlənilir.

Seçiminiz vilindirsə...

Vinil bir az daha sadədir, çünki betonun əksinə üzərindən suvaq edilmir. Bunun səbəbi isə Vinil astarın  özünün suvaq funksiyasında olmasıdır.

Ən çox vaxt alan proses  vinil təbəqəni gərmək üçün divar yaratmaqdır.

Bir çox hovuz ustaları polad, beton və ya polimer divar nümunələri məsləhət görürlər.

Ən sərfəli qiymət təklif edən  prefabrik hovuzlar montaj müddətini qısaldır.

Prefabrik hovuzlar əvvəlcədən inşa edildiyi üçün bütün hovuzun tək parça halında gəlməsi mənasını verir.

Beton yox, suvaq yox, Vinil yox.

Sadəcə bütün bir üzmə hovuzu var.

Beləliklə qiymətdə də qənaət etmiş olursunuz.